bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

QHT sədri: Dünyanın mütərəqqi qüvvələri mina bəlası ilə mübarizədə Azərbaycana dəstək göstərməlidirlər

9-10-2022, 14:24 24 dəfə baxılıb

QHT sədri: Dünyanın mütərəqqi qüvvələri mina bəlası ilə mübarizədə Azərbaycana dəstək göstərməlidirlər



Ermənistan həqiqətən bölgədə tezliklə sülhün əldə olunmasını istəyirsə, mina məsələsi ilə bağlı əməkdaşlığa açıq olmalıdır. Lakin biz bunun əksini görürük, Ermənistan nəinki minalarla bağlı Azərbaycana xəritə təqdim etmir, tam əksinə İkinci Qarabağ müharibəsindən sonra da mina basdırmaqda davam edir. Bu, qətiyyən yolverilməzdir və iki ölkə arasında sülhə gedən yola ciddi bir təhdiddir.

Bu fikri açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

QHT sədri bildirib ki, mina yatmış bir terrordur, təəssüf ki, yeni minaların partlaması və Azərbaycan tərəfdən mülki şəxslərin bu partlayışlarda həyatını itirməsi və yaralanması mülki əhalinin Qarabağa qayıtması və yenidənqurma işlərinə də maneə yaradır.

Azərbaycan dünyanın ən aparıcı şirkətlərini Qarabağ bölgəsində mina təmizlənməsi prosesinə cəlb edir, beynəlxalq təşkilatlarla bu istiqamətdə fəal əməkdaşlıq edərək əhalinin maariflənməsi işinə töhfə verir və dünyanı da bu istiqamətdə məlumatlandırır. Lakin mina təhlükəsinin hələ də mövcud olması və mülki insanların həlak olması halları Ermənistanın müharibə qanunlarına və beynəlxalq konvensiyalara zidd olaraq Azərbaycana qarşı terroru davam etdirdiyini göstərir.

"Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri və mülki əhalinin səfərləri ilə bağlı təhlükəsizlik tədbirlərini ən yüksək səviyyədə həyata keçirir və müntəzəm olaraq əhali mina təhlükəsi ilə bağlı məlumatlandırılır. Təəssüflər olsun ki, nə qədər ki, Ermənistan Azərbaycana qarşı mina terrorunu davam etdirir, biz belə halların şahidi olacağıq. Buna yol verilməməsi üçün bütün beynəlxalq təşkilatlar Ermənistana təzyiqləri artırmalı və Ermənistan hökumətindən mina terroruna son qoyulmasını tələb etməlidirlər. Unutmaq olmaz ki, terrorun milliyyəti olmadığı kimi, mina da dost və ya düşmən tanımır və istənilən şəxs sabah bu minanın qurbanı ola bilər",- deyə V.Əhmədov diqqətə çatdırıb.

Onun sözlərinə görə, İkinci Dünya müharibəsinin təcrübəsi göstərdi ki, ərazilər minadan təmizlənəndən 70 il sonra belə partlamamış minalar işə düşərək insanların həyatına son qoyub.

QHT sədri deyib: "Mina məsələsi beynəlxalq miqyaslı terrordur və bütün bəşəriyyət və dünyanın mütərəqqi qüvvələri mina bəlası ilə mübarizədə Azərbaycana dəstək göstərməli və Ermənistana təzyiqləri artırmalıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930