Prokurorluq: 44 günlük müharibədə Ermənistan tərəfdən vuruşan muzdlular arasında İran vətəndaşları da olub
44 günlük müharibədə Ermənistan tərəfindən döyüşə qatılan muzdlular arasında Rusiya, Gürcüstan və İran vətəndaşları var.
APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) 44 günlük müharibədə Ermənistan hərbi qüvvələri tərəfindən Gəncəyə endirilən zərbələrin ikinci ildönümü ilə bağlı Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.
İlqar Səfərov bildirib ki, onların kimliyi əməliyyat istintaq tədbirləri nəticəsində müəyyən olunub: "Onlarla bağlı müvafiq qərarlar qəbul olunub və bu şəxslər axtarışa verilib. Bu şəxslərin hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, törətdikləri cinayətlərə görə Azərbaycan qanunları ilə məsuliyyətə cəlb olunacaq”.