bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Prezident İlham Əliyev Azərbaycanı dünyada söz sahibinə malik olan dövlətə çevirdi

16-10-2022, 10:50 21 dəfə baxılıb

Prezident İlham Əliyev Azərbaycanı dünyada söz sahibinə malik olan dövlətə çevirdi




2003-cü il oktyabrın 1-də Azərbaycan dövlətinin memarı və qurucusu, bütün ömrünü Azərbaycan xalqının rifahına həsr etmiş ümummilli lider Heydər Əliyevin xalqa tarixi müraciəti oldu. Ulu öndər Heydər Əliyev prezident seçkilərində öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi. Ulu Öndər çıxışında Azərbaycan xalqını özünün siyasi varisi, dünya siyasətini gözəl bilən, yüksək intellektli, qətiyyətli və praqmatik düşüncəli bir şəxsiyyət olan İlham Əliyevə səs verməyə çağırdı. Ulu Öndər İlham Əliyevə özü qədər inandığını, İlham Əliyevi güclü siyasətçi olmaqla yanaşı dövlətini, xalqını sevən və lazım gələrsə, xalq yolunda canını belə verməyə hazır olan insan olduğunu bildirmişdi. Ulu Öndər bütün fəaliyyəti dövründə xalqa arxalanırdı və xalq da Heydər Əliyevə inanırdı. Xalqımız çox gözəl bilirdi ki, dövlətimizi gələcək inkişafa, vətəndaşlarımızı rifaha aparan yol Heydər Əliyev yoludur və İlham Əliyev bu siyasi kursun, bu yolun ən layiqli davamçısı olacaq. 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqının böyük əksəriyyəti, 76 faizdən çoxu, prezident seçkilərində İlham Əliyevə səs verdi. Bu, Heydər Əliyev siyasi kursuna, İlham Əliyevə, böyük inama verilən səs idi. Xalqımız öz seçimində yanılmamışdı. Prezident İlham Əliyev Azərbaycan dövlətini zirvələrə qaldırdı, dünyada söz sahibinə malik bir dövlətə çevirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.
Deputat bildirib ki, prezident seçildiyi ilk illərdən etibarən İlham Əliyev iqtisadiyyatda, səhiyyə, təhsil sistemində, ordu quruculuğunda böyük irəliləyişlərə nail oldu. Müasir, dünya standartlarına uyğun yüzlərlə xəstəxana, minlərlə məktəblər inşa edildi. Gələcək nəsillərimizin sağlam böyüməsi, dünya idman arenalarında idmançılarımızın Azərbaycan bayrağını yüksəklərə qaldırması məqsədilə ölkəmizin demək olar ki, bütün regionlarında olimpiya idman kompleksləri inşa etdirildi.
“Neft-qaz sənayesinin inkişafında da dövlətimizin başçısı böyük layihələrə imza atdı. Trans-Anadolu, Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə başlanıldı. Bununla da ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa başladı. Xəzər dənizinin Azərbaycana aid olan sektorunda "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə işlənilməsi və pay bölgüsü haqqında yeni saziş imzalandı. Bununla da Azərbaycan həm də dünya enerji sənayesində də həlledici rol oynadı. Bakı-Tbilisi-Qars dəmir yol xəttinin çəkilişi də məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdı. Bu dəmir yol xətti Asiya və Avropanı birləşdirən bir nəqliyyat dəhlizi oldu. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Asiyadan Avropaya və geriyə milyon tonlarla yük daşınır.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi ilə Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına nail olundu. Prezident İlham Əliyevin həyata keçirdiyi neft-qaz strategiyası, eləcə də yeritdiyi məqsədyönlü, müdrik xarici siyasəti nəticəsində Avropa İttifaqı və bir çox Avropa dövlətləri ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında istər siyasi, istərsə də iqtisadi sahələrdə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın təbii qazı Avropaya ixrac olunur”, - deyə K.Əliyeva diqqətə çatdırıb.
Vurğulanıb ki, məhz Prezident İlham Əliyevin ölkə daxilində həyata keçirdiyi iqtisadi islahatlar, eləcə də güclü xarici siyasəti nəticəsində Azərbaycan bu gün tək regionda deyil, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilmişdir. Azərbaycanda elə bir sahə yoxdur ki, inkişaf etdirilməsin. Prezident seçildiyi ilk vaxtlardan Prezident İlham Əliyev gənclərin sağlamlığına, təlim-tərbiyəsinə böyük diqqət ayırdı. Gənclərimiz sağlam olmaqla yanaşı beynəlxalq yarışlarda Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirməklə ölkəmizi tanıtdırırlar. Ölkəmizin başçısı hər zaman gənclərə inandığını bildirir. Bu gün gənc, istedadlı demokratik düşüncəli gənclərimizə böyük etimad göstərilir, onlar dövlət idarəçiliyində, icra orqanları strukturlarında rəhbər vəzifələrə təyin olunurlar.
Dövlətimizin başçısının xalqımızın qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərin xüsusi vurğulanmalı olduğunu diqqətə çatdıran K.Əliyeva bildirib ki, məhz onun sayəsində Azərbaycanda siyasi dialoqun əsasında milli həmrəyliyimizin təməlini yaradılıb. Siyasi plüralizmin dəstəklənməsi çoxpartiyalı sistemin inkişafı ölkəmizdə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. “Prezident İlham Əliyev daxili və xarici siyasətinin prioritetini Azərbaycanın güclü dövlətə çevrilməsi və Azərbaycan xalqının rifahının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi təşkil edir. Məhz müstəqil, balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyıb. Bir sözlə, Prezident İlham Əliyev bütün dünya azərbaycanlarının qürur duyduğu güclü bir dövlət yaradıb. Güclü lider olduğunu sübut edən Prezident İlham Əliyev ötən 19 il ərzində xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu gün dünyada belə dövlət başçısına çox az rast gəlmək olar”, - deyə deputat vurğulayıb.
Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində 30 illik işğala son qoyulub: “Müharibədə böyük Zəfər qazandıq. Artıq Qarabağa "Böyük Qayıdış" planı reallaşmaqdadır. Keçmiş məcburi köçkünlərimiz də mərhələli şəkildə öz yurdlarına dönməkdədir. Azərbaycan işğaldan azad edilmiş torpaqlarımızın bərpası və dirçəldilməsi ilə daha güclü bir dövlətə çevriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930