bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Psixoterapevtdən həyəcan TƏBİLİ: “Uşağın narkoman olmasının səbəblərindən biri valideynləridir”

21-10-2022, 12:00 43 dəfə baxılıb

Psixoterapevtdən həyəcan TƏBİLİ: “Uşağın narkoman olmasının səbəblərindən biri valideynləridir”



Ölkədə narkomaniya ilə mübarizə çərçivəsində görülən tədbirlər barədə hər gün müxtəlif informasiya vasitələrində məlumatlar oxuyuruq.

Küçədə narkotik maddə istifadəçisi olan və satışı ilə məşğul olanlar Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdikləri əməliyyatlarla aşkarlanaraq aidiyyəti üzrə qanunla məsuliyyətə cəlb olunurlar.

Lakin cəmiyyətdə narkotik maddə istifadəçisi olan yetkinlik yaşına çatmayanlara da rast gəlinir. Həmin uşaqlar tapılaraq sığınacağa yerləşdirilir, reabilitasiyaya cəlb edilirlər.

Lakin onların müalicəsi bu formada aparıla bilməz. Dəfələrlə bu kimi hallarda həmin şəxslərin müalicəsi üçün ixtisaslaşmış tibb müəssisələrinin yaradılmasına ehtiyac olduğuna dair fikirlər səsləndirilib.

Bəs bu tip müəssisələr nə üçün yoxdur? Bu uşaqların sonrakı aqibəti necə olur, onların hüquqlarını kim qoruyur?

Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən psixoterapevt Elmir Əkbər bildirib ki, bu, çox böyük bəlaya çevrilib və təəssüf ki, həndəsi silsilə ilə artmağa davam edir:

“Bu bəla ilə mübarizə aparmaq get-gedə çətinləşir. Bunun ilkin səbəbi ailə və ən yaxın çevrədir. Praktika göstərir ki, valideynlər uşağının sağalmasına, bu yoldan çəkinməsinə çalışıram desə də, əslində konkret addımlar zamanı valideynlər geri çəkilirlər. Bəlkə də bunu etiraf etməkdən çox adam çəkinir, lakin mən səmimi etiraf edirəm. Uşaqları bu yoldan erkən vaxtda çəkindirmək mümkün olduğu halda, valideynlərin həmin an psixoloji cəhətdən atılan addımları düzgün planlaşdırmaması bu işi daha da qəliz hala salır. Ona görə də hər bir halda, istər narkomaniya, istərsə də başqa problemlərdə uşağın başına gələn hadisələrin səbəbi valideynlərdir. Amma elə ən ağır zərbəni alan da valideynlərdir”.

E.Əkbər onu da qeyd edib ki, hər bir insan sosial varlıqdır:

“Bizim hər birimizin vəziyyəti dövləti narahat edir. Çünki narkoman təkcə özü üçün deyil, bütün cəmiyyət üçün təhlükəli ola bilər. Düşünürəm ki, bu mənada uşaqlar üçün genişprofilli müəssisələr yaradılmalıdır. O qədər QHT-lər var ki, onlar bu işlə məşğul olmalıdırlar. Bəzi QHT-lər hər il dövlətin dəstək fondundan müəyyən maliyyə dəstəyi alırlar. Sığınacaqlar, reabilitasiya mərkəzləri yaradılmalıdır. Yaradılacaq müəssisələrdə isə əsl peşəkarlar çalışmalıdır. 3-5 ay kurs keçmiş “peşəkar”lar yox, ali təhsilli psixoterapevtlər, psixoloqlar uşaqlarla işləməlidirlər. Yaddan çıxarmayın ki, narkotik maddələrdən asılılıq da digər problemlər kimi ilk növbədə psixologiyadan asılıdır. Dərman içib narkotikdən uzaq durmaq mümkün deyil. Dərmanların müəyyən bir təsir müddəti var, o bitdikdən sonra yenidən narkotik istifadəsinə qayıdırlar. Ona görə mütləq insanın şüuru və şüuraltısı təmizlənməlidir. Bu sığınacaqların sayı artırılmalıdır. Onlar xəstəxana tipli deyil, sanatoriya formasında olmalıdır. İnkişaf etmiş qərb ölkələrində bu müəssisələr sanatoriya tipli olur və peşəkar xidmət göstərməlidir”.

“Üçüncü səbəb isə cəmiyyətin narkomaniya ilə bağlı mübarizə tədbirlərinə biganə yanaşmasıdır. Laqeyd yanaşan hər kəs bilməlidir ki, bu gün narkotik maddə asılılığı olan şəxslərə göz yummaları sabah onları da, əzizlərini də bu bəlaya düçar edə bilər. Bildiyiniz vəziyyətləri aidiyyəti orqanlara məlumat verməklə bu bəla ilə mübarizəyə dəstək ola bilərsiniz”, - deyə psixoterapevt qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031