bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Prezident: Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

22-10-2022, 12:00 22 dəfə baxılıb

Prezident: Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur



"Dinamik inkişaf edən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi, ticari, enerji, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı faydalı əməkdaşlığımız ilə müşayiət olunur”.

APA xəbər verir ki, bu fikirlər Azərbaycan dövlət başçısı İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novaka ünvanladığı məktubda əksini tapıb.


"İnanıram ki, strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi, beynəlxalq strukturlar, xüsusilə də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi istiqamətində səylərimizi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”, - Prezident İlham Əliyev vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30