NATO təyyarəsi Polşaya atılan raketin izinə düşüb
Noyabrın 15-də Polşa hava məkanı üzərində uçan NATO təyyarəsi ölkə ərazisinə atılan raketin izinə düşüb.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə CNN-ə Alyansın hərbi nümayəndəsi məlumat verib.
NATO nümayəndəsi iddia edib ki, radarlardan müvafiq məlumatlar Alyansa və Polşaya ötürülüb.
Məlumata görə, NATO təyyarələri Rusiyanın işğalı başlayandan bəri mütəmadi olaraq Ukrayna ərazisini müşahidə edir.
NATO sözçüsü Polşa ərazisinə düşən raketin kim tərəfindən və haradan buraxıldığını açıqlamayıb.
Qeyd edək ki, noyabrın 15-də Rusiya Federasiyası Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib. Axşam saatlarında Polşa ərazisinə iki raketin düşməsi, iki nəfərin həlak olması barədə xəbərlər yayılıb. Polşanın baş naziri Mateuş Moravetski təcili olaraq Milli Təhlükəsizlik Şurasının komitəsini toplayıb.
Polşa Xarici İşlər Nazirliyi Rusiya istehsalı olan raketin ölkə ərazisinə düşdüyünü bildirib. Ölkə prezidenti Duda bildirib ki, raketin dəqiq kim tərəfindən buraxılması hələlik məlum deyil.