bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Vahid Əhmədov: “Sahil Babayevin uşaqpulu ilə bağlı fikirlərini qəbul etmirəm”

17-11-2022, 11:00 25 dəfə baxılıb

Vahid Əhmədov: “Sahil Babayevin uşaqpulu ilə bağlı fikirlərini qəbul etmirəm”



"Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dediyi "dövlətdən müavinət alan 600 min uşağın olması səbəbindən uşaqpulunun verilməsi gündəmdə deyil” fikirlərini qəbul etmirəm. Biz bunu belə hesab etmirik. Müavinətlərin verildiyi strukturu bilmək istəyirik. 600 min uşağın hansı qrupa aid olmasını bilmək istərdik”.

"Report” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, uşaqpulu ilə bağlı məsələni mübahisələndirmək lazımdır və bunun üzərinə gedilməlidir:

"Nəzərə almaq lazımdır ki, uşaqpulu birbaşa ünvana çatan məbləğdir. 01.01.2021-ci il statistikasına baxsaq ölkədə 1 milyon 228 min pensiyaçı var idisə hazırda onların sayı 1 milyon 118 minə düşüb. Ölüm saylarına baxsaq xoşagəlməz hallarla qarşılaşırıq. Koronavirus və digər xəstəliklərlə bağlı pensiyaçı sayında azalma oldu. Odur ki, pensiya yaşının azaldılması da gündəmdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930