Parlamentdə sülhməramlılar tənqid edildi: “Putinə hörmətsizlik edirlər”
“Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti Azərbaycan toponimlərinin adlarını erməni adı ilə təqdim edir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu parlamentin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, Rusiya sülhməramlıları Rusiya Prezidenti Vladimir Putinin imzasına hörmətsizlik nümayiş etdirir.
“10 Noyabr Bəyanatının altına imza atanlardan biri də Rusiya prezidentidir. Sülhməramlılar Rusiya prezidentinə də hörmətsizlik edirlər”, - deyə o əlavə edib.
O bildirib ki, Milli Məclisin Regional məsələlər komitəsi Rusiya Dumasının müvafiq komitəsinə etiraz edəcək.