bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Jalə Təbrizli: “Urmiya gölünün qurudulması azərbaycanlılara qarşı ayrı-seçkilikdir”

30-11-2022, 15:06 35 dəfə baxılıb

Jalə Təbrizli: “Urmiya gölünün qurudulması azərbaycanlılara qarşı ayrı-seçkilikdir”



“Urmiya gölünün qurudulması azərbaycanlılara qarşı ayrı-seçkilikdir”.

“Report” xəbər verir ki, bunu Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçı, İran azərbaycanlılarının insan hüquqları müdafiəçisi, “Ərk” İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizli noyabrın 30-da Topçubaşov mərkəzi tərəfindən təşkil olunmuş “Urmu gölünün harayı” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Urmiya gölünün qurumasının hamı üçün ziyanı var.

J.Təbrizli bildirib ki, BMT-də, UNESCO-da Urmiya gölünün qurumasının qarşısının alınması üçün vəsait ayrılmasına dair məsələ qaldırıblar.

“İran həmin vəsaiti özü üçün xərclədi. Ancaq gölün quruması üçün heç bir vəsait xərcləmədi. Urmiya gölünün quruması Azərbaycana qarşı ayrı-seçkilikdir. İranda bir nəfər yoxdur ki, desin ki, mən buna görə məsuliyyət daşıyıram. Hazırda gölün 95 faizi quruyub. Urmiya gölünün ətrafında yaşayan 14 milyon insan oradan köçürülməlidir. Çünki orada xəstəliklər yayılır”, - “Ərk” İnsan Haqları Komitəsinin sədri vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930