bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

ABŞ Nümayəndələr Palatası Azərbaycan əleyhinə düzəlişləri qəbul etməyib

10-12-2022, 16:49 27 dəfə baxılıb

ABŞ Nümayəndələr Palatası Azərbaycan əleyhinə düzəlişləri qəbul etməyib



ABŞ Nümayəndələr Palatası ermənipərəst konqresmenlər tərəfindən 2023-cü maliyyə ili üzrə ölkənin müdafiə büdcəsi layihəsinə təklif olunan Azərbaycan əleyhinə düzəlişləri qəbul etməyib.

“Report”un yerli bürosu xəbər verir ki, 858 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən Milli Müdafiə Səlahiyyət Qanunu (NDAA) layihəsinə 350 nəfər səs verib.

Ermənipərəst konqresmenlər - demokratlardan Adam Şiff, Frank Pellon, Cudi Çu və respublikaçılardan Qas Bilirakis sənədin lehinə səs veriblər.

Mövcud qaydalara əsasən, qanun layihəsi ABŞ Senatında da səsverməyə çıxarılaraq qəbul edilməli və daha sonra imzalanmaq üçün prezidentə təqdim olunmalıdır.

Qeyd edək ki, 2023-cü maliyyə ili üzrə ölkənin müdafiə büdcəsi layihəsinə ermənipərəst demokrat konqresmenlərdən Robert Menendes və Aleks Padila tərəfindən iki, Ceki Şpeyer, Frenk Pellon, Adam Şiff və Toni Kardenas tərəfindən isə beş düzəliş təklif olunmuşdu. Onlardan 682 və 724 saylı düzəlişlər ABŞ-nin Azərbaycana yardımlarına qadağa qoyulmasını özündə ehtiva edirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031