bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Volkov seçim qarşısında: ya bizim istədiyimizi edəcək, ya da…

13-12-2022, 09:51 25 dəfə baxılıb

Volkov seçim qarşısında: ya bizim istədiyimizi edəcək, ya da…



Son günlər Qarabağın dağlıq hissəsində vəziyyət olduqca gərginləşib. Buna səbəb erməni separatçılarının xarici şirkətləri də cəlb etməklə Azərbaycanın təbii qazıntı yataqlarını qanunsuz şəkildə istismar etməsidir. Belə ki, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında yerləşən sərvətlərimizin talanması və ekoloji terror törədilməsi halları müşahidə edilir. 

 

Azərbaycan tərəfi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə monitorinq aparmağa cəhd göstərsə də, dırnaqarası sülhməmalılar erməni separatçılarla əlbir olub, buna qarşı çıxıblar. Rəsmi Bakı sülhməramlıların təxribatçı hərəkətlərinə etiraz olaraq, Rusiyaya nota verib və belə halların yolverilməz olduğunu Moskvanın diqqətə çatdırıb. Lakin Rusiya sülhməramlı qüvvələrinin Bakının tələblərinə riayət etməməsi ilə əlaqədar Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəallar Laçın-Şuşa yolunda etiraz aksiyasına başlayıblar.

 

Bu gün səhər saatlarından Laçın yolunu bağlayan aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb edirlər. Bildirilib ki, irəli sürülən tələblər yerinə yetirilməsə, aksiya davam edəcək. 

 

General Volkovun anti-Azərbaycan mövqeyi nədən xəbər verir? Yaxud bugünkü aksiyanın nəticəsi nə olacaq?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, gərginliyin artması Rusiya sülhməramlılarının ikibaşlı oyun sərgiləməsindən irəli gəlir. Onun sözlərinə görə, Laçın yolunda keçirilən aksiya sülhməramlılara ciddi mesajdır:

 

“Azərbaycan iki il öncə Rusiya sülhməramlılarını ona görə bölgəyə dəvət etmişdi ki, onlar təhlükəsizliyin təminində yardımçı fəaliyyət göstərsinlər, həmçinin Azərbaycanın reinteqrasiya prosesi onların köməyilə həyata keçirilsin. Ancaq biz görürük ki, sülhməramlılar düzgün istiqamətdə fəaliyyət göstərmir, ikili oyun oynayırlar. Azərbaycan isə bu məsələdə israrlıdır. Belə ki, Azərbaycan sülhməramlılardan lazımi mövqedə dayanmağı qəti şəkildə tələb edir. Bu yaxınlarda Ekologiya Nazirliyinin əməkdaşları ekoloji vəziyyəti monitorinq etmək üçün Qarabağın dağlıq hissəsinə səfər etməyi planlaşdırırdı, ancaq bu səfər baş tutmadı. Sülhməramlılar orada bizim üçün teatr düzəldiblər. Onların sözlərindən belə çıxdı ki, guya yerli əhali bu işə mane olur. Lakin görünən odur ki, indiyədək sülhməramlılar heç bir iş görməyiblər. İndi Azərbaycan ictimaiyyəti öz imkanlardan istifadə edir. Bugünkü aksiyanı nəzərə alaraq, əminliklə demək olar ki, bizi narahat edən bütün məsələlər öz həllini tapacaq”.

 

T.Zülfüqarov onu da vurğulayıb ki, Azərbaycanın son addımları sülhməramlıları iki seçim arasında qoyub:

 

“Rusiya sülhməramlılarının komandanı, general-mayor Andrey Volkovun bu və ya digər məsələlərə görə ermənilərin təsiri altına düşdüyü, yaxud Moskvanın göstərişi ilə Azərbaycanın maraqlarına zidd hərəkət etdiyi müəmmalıdır. Hər halda bütün bunlar bizim üçün o qədər də əhəmiyyətli deyil. Əslində, bizim üçün əsas olan sülhməramlıların öz missiyalarını layiqincə həyata keçirməsi, Azərbaycanın istədiyi kimi reinteqrasiya prosesinin həyata keçirməsindən ibarətdir.

 

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan son hərəkətləri ilə sülhməramlıları iki seçim arasında qoyub. Sülhməramlılar ya bizim istədiyimiz kimi fəaliyyətlərini tənzimləyəcək, ya da ərazilərdən vaxtından əvvəl çıxıb gedəcək. Əgər sülhməramlılar nəticə çıxarmasa, onların vaxtından əvvəl ərazini tərk etməsi istisna deyil. Ancaq hesab edirəm ki, missiyanın fəaliyyətində lazımi düzəliş ediləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930