Xankəndidən son xəbər: ermənilər kütləvi şəkildə...
Xankəndi yolunda aksiyanın başlanmasından sonra sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilər təşviş içindədir.
Publika.az xəbər verir ki, erməni əhali kütləvi şəkildə mağazalara axışır, bütün ərzağı alırlar.
“Hraparak” nəşri yazır ki, sülhməramlılar ermənilərə sakit olmaları üçün müraciət ünvanlayıb.
Aksiyaya görə Xankəndi-Gorus yolu bağlıdır. Ermənilər yolun bağlanmasına görə Azərbaycanı ittiham etsə də, əsas səbəbkarlar sülhməramlılardır. Məlumatlara görə, yol bağlı olsa da, Xankəndidəki ermənilərin kifayət qədər ərzaq ehtiyatı, o cümlədən, zəruri olan hər şey var. Lakin separatçı-terrorçu rejim və rəsmi İrəvan “ərzaq çatışmazlığı” haqda dezinformasiyanı tirajlamaqla Azərbaycana qarşı beynəlxalq təzyiqə nail olmağa çalışırlar. Erməni əhalinin təşvişə düşməsinə səbəb də belə dezinformasiyalardır.
Qeyd edək ki, Azərbaycan Qarabağda yaşayan etnik ermənilərə humanitar yardım etməyə hazır olduğunu bəyan edib.