bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ərdoğandan BÖYÜK PLAN: "Qərar verilib ki, yaxın gələcəkdə..."

17-12-2022, 20:58 26 dəfə baxılıb

Ərdoğandan BÖYÜK PLAN: "Qərar verilib ki, yaxın gələcəkdə..."



Türkiyə yaxın gələcəkdə qazın qiymətinin müəyyənləşdirilməsində qlobal mərkəz olmaq qərarına gəlib".

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Ankara Türkiyə ərazisində qaz qovşağının yaradılması ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb:

"Türkiyənin Avropa hissəsi olan Trakya enerji mərkəzinə çevriləcək. Məqsədimiz Türkiyəni ən qısa zamanda qlobal qaz qiymət mərkəzinə çevirməkdir".

Əvvəllər resurs və enerji bazarı üzrə beynəlxalq ekspert Vladimir Demidov bildirmişdi ki, Türkiyənin qaz qovşağı layihəsinin həyata keçirilməsində birinci mərhələ qazın Azərbaycan ərazisindən tədarükünə dair saziş, ardınca isə Türkiyə və Rusiyada infrastrukturun tikintisi ola bilər






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30