Parlament gender bərabərliyininin təmini ilə əlaqədar hazırlanan illik məlumatı qəbul etdi
Milli Məclisin iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı müzakirəyə çıxarılıb.
Oxu.Az xəbər verir ki, müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hazırlayıb.
Milli Məclisin iclasında illik məruzəni Komitənin sədri Bahar Muradova təqdim edib.