Ərdoğan: “Qara dənizdə 1 trilyon dollarlıq qaz ehtiyatı kəşf etdik”
“Fatih” qazma gəmisi Çaycuma-1 yatağında dənizin 3323 metr dərinliyində 58 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısı ardından verdiyi açıqlamalar zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, ölkəsinin Qara dənizdəki qaz ehtiyatı 710 milyard kubmetrə çatıb.
“Qara dənizdə kəşf etdiyimiz təbii qazın həcmi bugünkü rəqəmlərlə beynəlxalq bazarlarda 1 trilyon dollar dəyərindədir”, - deyə Ərdoğan qeyd edib.