bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ukrayna kəşfiyyatı: “Rusiyada yeni səfərbərlik planlaşdırılır”

31-12-2022, 11:08 24 dəfə baxılıb

Ukrayna kəşfiyyatı: “Rusiyada yeni səfərbərlik planlaşdırılır”



Ukrayna kəşfiyyatında Rusiyanın yeni səfərbərlik dalğası planları barədə məlumat var. Dünən, dekabrın 29-da Rusiyada səfərbərliyin başa çatdığını elan edən Rusiya müdafiə naziri Sergey Şoyqunun bəyanatına baxmayaraq yeni səfərbərlik gözlənilir”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov BBC-yə müsahibəsində məlumat verib.

“Yeni bölmələrin formalaşdırılması üçün rusiyalılar kifayət qədər canlı qüvvəyə malik deyillər. Buna görə də onlar yanvarın 5-dən növbəti səfərbərlik dalğasına başlamaq barədə düşünürlər və artıq bununla bağlı qərar veriblər”, - deyə Budanov qeyd edib.

O həmçinin bildirib ki, hazırda rusiyalılar böyük itkilər səbəbindən mövcud bölmələrin komplektləşdirilməsində də çətinliklər yaşayırlar.

Budanovun sözlərinə görə, Rusiyada səfərbərliyin dəqiq nə vaxt elan olunacağının heç bir fərqi yoxdur, “5 və ya 9 yanvar – prinsipcə, bu heç nəyi dəyişməyəcək”, çünki canlı qüvvə itkisi səbəbindən onsuz da bunu etməli olacaqlar.

“Həmçinin başa çatdığını elan etdikləri səfərbərlik davam edir və hazırda insanlar tam sürətlə müharibəyə səfərbər olunur”, - deyə kəşfiyyat rəhbəri vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031