bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Hər səhər acqarına isti su içsəniz..

3-01-2023, 11:16 20 dəfə baxılıb

Hər səhər acqarına isti su içsəniz..


Acqarına bir stəkan ilıq su yalnız orqanizmi həm oyadır, həm də mədə-bağırsaq traktının fəaliyyətinə müsbət təsir göstərir.

Publika.az xəbər verir ki, bu sözləri sağlam qidalanma mütəxəssisi Anastasiya Razboinikovanın "Moslenta"ya verdiyi müsahibəsində deyib. O, bildirib ki, suyun təmiz və keyfiyyətli olması vacibdir.

Onun sözlərinə görə, yuxudan durandan dərhal sonra bir stəkan ilıq su içməklə orqanizmi oyadır və mədə-bağırsaq traktını işə hazırlayırsınız. Zamanla miqdar iki stəkana qədər artırılmalıdır. Mayenin tam isti olması lazımdır, çünki mədə isinməyənə qədər soyuq suyun keçməsinə icazə verməyəcək.

Üstəlik səhərlər içilən suyu "daxili duş" adlandırmaq olar. Həkim qeyd edib ki, maye nəinki oyanmağa kömək edir, həm də gecə ərzində işlənmiş toksinləri tez bir zamanda sulandırır və onları çıxarır.

"Yalnız bunun üçün adi isti su lazımdır, heç bir əlavəsiz. Eyni zamanda, ilıq su öd yollarını təmizləyir ki, bu da ödün daha yaxşı axmasına kömək edir", - Razboinikova yekunda vurğulayıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930