bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiya vətəndaşlığı alanların NƏZƏRİNƏ: çağırış yaşı artırıla bilər

12-01-2023, 12:11 13 dəfə baxılıb

Rusiya vətəndaşlığı alanların NƏZƏRİNƏ: çağırış yaşı artırıla bilər



Rusiya Fererasiyasında çağırış yaşı artıq bu il qaldırıla bilər.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib.

O deyib ki, növbəti yaz çağırışında yaşı 30-dan az olan şəxslərin hərbi xidmətə çağırılması planlaşdırılır. Onun sözlərinə görə, hələlik söhbət yalnız çağırış yaşının yuxarı həddinin artırılmasından gedir.

""Şərti dildə desək, 21-30 yaş arasında hərbi xidməti başa vurmamış və bunun üçün kifayət qədər əsası olmayan yüz nəfər hərbi komissarlığın nəzarətindədir. Və vəzifə 200 nəfərdir. Müvafiq olaraq, onların yarısı əvvəllər olduğu kimi 18 yaşında, yarısı isə 21-30 yaşlı insanlar olacaq", - deyə o bildirib.

Xatırladaq ki, dekabrda Şoyqu hərbi xidmətə çağırış yaş həddinin artırılmasını təklif etmişdi və Putin də dəstəkləmişdi: 18-dən 27-yə deyil, 21-dən 30-a çağırılması təklif edilmişdi. Nəticədə 18 yaşdan 30 yaşa qədər olan şəxslər hərbi xidmətə çağırılacaqlar.

Qeyd edək ki, bu qərar sonradan Rusiya vətəndaşlığı alan xarici ölkə vətəndaşlarına da şamil edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930