20 Yanvar - Azərbaycanda Ümumxalq Hüzn Günüdür
Yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib – yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas alınıb.
Yanvarın 20-si Azərbaycanda Ümummilli hüzn günü elan edilib.
Sabah "20 Yanvar" hüzn gününün növbəti ildönümüdür.
Hər ilin bu günündə ölkəmizin bütün guşələrində xatirə tədbirləri keçirilir. Paytaxtda isə yüz minlərlə insan Qanlı Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışır.
Bakı şəhəri 32 saylı uşaq bağçasında da 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdən sonra uşaqlar, müəllimlər, bağçanın rəhbərliyi vətənpərvər xanım Sevda Mehdizadə ilə birgə Şəhidlərin uyuduğu xiyabanı ziyarət etdilər.
Bizdə Bizimlider.com Informasiya Xəbər Portalının rəhbəri İradə Qaracallı başda olmaqla bütün redaksiya adından şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Iradə Qaracallı
Bizimlider.com İnformasiya Xəbər Portalının rəhbəri, yazıçı-publisist