Səhiyyə naziri dərman qıtlığından DANIŞDI
Hazırda ölkədə kəskin dərman qıtlığı yoxdur".
Bunu Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazir son vaxtlar gündəm olan dərman qıtlığı və dərman qiymətlərinin süni artırılması məsələsinə diqqət çəkib.
Onun sözlərinə görə, dərman istehsalında istifadə olunan xammalın qiymətinin artması nisbətən qiymət artımına gətirib çıxarıb:
"Ancaq bu sahə daim nəzarətdədir. Bildiyiniz kimi, dərmanlara qiymətləri Tarif Şurası təyin edir və qiymətlər qaydalara uyğun tənzimlənir. Əgər qiymətlərin süni şəkildə artırılma hallarına vətəndaşlar şahid olsa, Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edib məlumat verə bilərlər. Bununla məşğul olan müvafiq qurumlar var, mütəmadi monitorinq keçirilir".