İstanbulda erməni kilsəsi yandı: ölənlər və yaralananlar var
Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki Surp Pırgiç erməni katolik kilsəsinin yaşayış binasında baş verən yanğında 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, yanğın zamanı 3 partlayış səsi eşidilib.
Yanğınsöndürənlərin 4 saatlıq fəaliyyətindən sonra yanğın söndürülüb.
Hadisənin başvermə səbəbi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.