bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Vasif Talıbovdan ağlasığmaz tələb: İcra başçıları toya gedəndə…

25-01-2023, 14:45 11 dəfə baxılıb

Vasif Talıbovdan ağlasığmaz tələb: İcra başçıları toya gedəndə…
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verəndən sonra onunla bağlı maraqlı məlumatlar yayılıb. Bu məlumatlar arasında V.Talıbovun qoyduğu qadağalar daha çox diqqət cəlb edib.

Yenisabah.az xəbər verir ki, Muxtar Respublikada Talıbovların hakimiyyətinə son qoyulandan sonra həmin qadağaların əksəriyyəti aradan qalxıb. Qəribə görünsə də, hazırda Naxçıvanda hər kəs həyətində təndir çörəyi bişirə bilir. Naxçıvanlı taksi sürücüləri muxtar respublikanın ərazisində sərbəst fəaliyyət göstərir, heç bir maneə olmadan şəhər və kəndlərə müştəri apara bilirlər. Naxçıvanda mağazaların, iaşə obyektlərinin açılması ilə bağlı tətbiq edilən qadağa da aradan qalxıb. Hazırda muxtar respublikanın kəndlərində bir deyil, bir neçə mağazanın açılmasına icazə verilir.

Vaxtilə Naxçıvan rayonlarının birinə rəhbərlik etmiş sabiq icra başçısı indiyə kimi cəmiyyətə məlum olmayan maraqlı bir qadağadan danışıb. Onun sözlərinə görə, Vasif Talıbovun tətbiq etdiyi qadağalar təkcə sıravi insanları əhatə etməyib. Keçmiş Ali Məclis Sədri Naxçıvan rayonlarının icra başçılarına da bəzi qadağalar qoyub. Onun sözlərinə görə, bu məhdudiyyətlərdən biri toylarla bağlı olub.

Həmsöhbət deyib ki, V.Talıbovun hakimiyyətdə olduğu dövrdə öz övladına toy etmək istəyən icra başçısı mütləq ondan icazə almalı imiş. Hətta qonaq sayı da onunla razılaşdırılmalı imiş.

İcra başçıları qohumlarının, yaxınlarının, tanışlarının toy məclislərinə qatılarkən də bəzi qaydalara əməl etmək məcburiyyətində olublar. Bunlardan ən gülməlisi vaxtla bağlı məhdudiyyət olub. V.Talıbov icra başçılarına hətta ən yaxın qohumlarının toylarında belə 2 saatdan artıq iştirak etməyinə icazə vermirmiş.

Digər bir qadağa isə nəmərlə bağlı olub. V.Talıbov icra başçılarına toylara 100 manatdan artıq pul yazdırmağı qadağan edib. O, bunu vəzifəli şəxslərin sadə xalqdan seçilməməsi ilə əlaqələndirib.

Ali Məclis sədrinin üçüncü qadağası isə spirtli içkilərlə bağlı olub. Vasif Talıbov icra başçılarına və digər vəzifəli şəxslərə toyda spirtli içki qəbul etməyi də yasaqlayıb.

Həmsöhbətimizin dediyinə görə, Naxçıvan “xan”ı bu tələbə xüsusi olaraq nəzarət edirmiş.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930