bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Prezident: “Ermənistanın irəli sürdüyü əsassız iddialar tamamilə yalan və cəfəngdir”

26-01-2023, 14:59 12 dəfə baxılıb

Prezident: “Ermənistanın irəli sürdüyü əsassız iddialar tamamilə yalan və cəfəngdir”
“Son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistanın irəli sürdüyü əsassız iddialar tamamilə yalan və cəfəngdir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edərkən söyləyib.

Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir. Dekabrın 12-dən etibarən 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yol ilə hər iki istiqamətdə keçidi təmin olunub.

Dövlətimizin başçısı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasının və ölkəmizin bu yataqlar üzərində daimi monitorinqinin təmin edilməsinin vacibliyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930