Putindən KRİTİK QƏRAR: Rusiya ərazisini yeni istiqamətdə genişləndirəcək
Vladimir Putin Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının iclasını keçirib.
Publika.az UNIAN-a istinadla xəbər verir ki, iclasda Rusiya ərazisinin növbəti dəfə genişləndirilməsi məsələləri müzakirə olunub.
Bu dəfə Şimal Buzlu Okeanındakı şelflə bağlı mövzular gündəmdə olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Məlumata görə, görüşdə digərləri ilə yanaşı müdafiə naziri Sergey Şoyqu və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də iştirak edib.
“Həmkarlar, həm daxili gündəmdə, həm də Rusiyanın Şimal Buzlu okeanındakı kontinental şelfinin sərhədləri ilə bağlı müzakirə edəcəyimiz çoxlu mühüm məsələlər var”, - deyə Putin iclası açaraq bildirib.
Bu məqamda stenoqram bitib ki, bu da iclasın qapalı keçirildiyini göstərir.
“Reuters”in məlumatına görə, söhbət Moskvanın Şimal Buzlu okeanında kontinental şelfinin bir hissəsini ilhaq etmək cəhdlərindən gedir. Bu şelfin zəngin neft və qaz yataqlarına malik olduğu qeyd edilir.
2021-ci ildə Rusiya bu dəniz ərazilərini mənimsəmək üçün BMT-dən icazə almağa cəhd etsə də, Kanada, Norveç və Danimarka oxşar iddialarla bunun qarşısını alıb. Bu fonda Rusiya bölgədə daha çox hərbi təlimlər keçirməyə və oradakı hərbi infrastrukturu genişləndirməyə başlayıb