bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qurban Yetirmişli: “Zəlzələ olmayacaq” deyəndə yaxın günləri nəzərdə tutmuşam, yəni üç gün...”

7-02-2023, 12:22 1 dəfə baxılıb


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında “yaxın günlərdə Azərbaycanda güclü zəlzələnin başvermə ehtimalı yoxdur” deməsi müzakirəyə səbəb olub. Baş direktorun sözlərinə inanmayıb, narahatlıq keçirənlər az deyil. Bildirilir ki, əvvəlcədən güclü zəlzələnin olub-olmayacağı dəqiq bilinsəydi, Türkiyə və digər ölkələr ehtiyat tədbirləri görərdilər.

Qurban Yetirmişli Pravda.az-a açıqlamasında fikirlərinə aydınlıq gətirib.

“Kim nə deyir, özü bilər. Mən dediyimi demişəm. Yaxın günün biri ötdü. İndi ikincisi-üçüncüsü yaxınlaşır. Yaxın gün nədir? Bir, iki, üç gündür. Mən dedim ki, güclü zəlzələ gözlənilmir. Xırda zəlzələ, onsuz da, həmişə var. Hiss olunanı da olur. Bu, zəlzələ deyil. Təki həmişə belə olsun. Narahat olmayın”, - baş direktor deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930