bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Naxçıvandan Türkiyəyə yardım aparan ilk TIR yola düşdü

8-02-2023, 13:23 0 dəfə baxılıb


Dünən Naxçıvan sahibkarlarına məxsus Türkiyəyə yardım aparan ilk TIR yola düşüb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Bakı KOB evi”ndə keçirilən Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədi ilə Azərbaycanın dövlət və özəl qurumlarının dəstəyi ilə yaradılmış “Qardaş köməyi” dəstək platformasının təqdimatı mərasimində deyib.

O qeyd edib ki, Azərbaycan sahibkarları tərəfindən yardımlara dünəndən start verilib:

“Bu gün də yardımlar davam edəcək. Bizim işçi qrupumuz bu proseslərin davam etməsinə nəzarət edəcək. Hamımız qardaşlarımızın yanındayıq, Allah ölənlərə rəhmət eləsin”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30