Bakıda bıçaqla bir nəfəri öldürüb, digərinə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub
Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində iki nəfərin bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, fevralın 11-də saat 02 radələrində qəsəbə sakini əvvəllər məhkum olunan, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Rauf Hüseynov münaqişə zəminində əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Xəyal Rəhimova və 2000-ci il təvəllüdlü İlkin Rzayevə bıçaq xəsarətləri yetirib.
İ.Rzayev hadisə yerində ölüb, X.Rəhimov isə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.