bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda referendum keçiriləcək - Deputatların sayı artırılır - ŞOK İDDİA

15-02-2023, 17:30 0 dəfə baxılıb




Payızda Milli Məclisə seçkilərin keçiriləcəyi məsələsi yenidən gündəmə gəlib.

Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı yayılan məlumatlarda Milli Məclisə yenidən seçkilərin keçirilməsi referendum planı ilə izah edilir.

İddia olunur ki, hakimiyyət konstitusiya islahatları aparmaq yönündə düşünür. Bunun üçün isə referenduma zərurət var. Referendumda proporsional seçki sisteminin bərpası, icra hakimiyyətlərinin ləğvi, Azərbaycanda inzibati ərazi bölgüsünün dəyişdirilməsi və bu kmi məsələlərin nəzərdə tutulduğu bildirilir.

Lakin bəzi məlumatlarda proporsional seçki sisteminin bərpasının məqəsdəuyğun sayılmadığı, əvəzində deputat sayının 200-ə çatdırılmasına üstünlük verildiyi iddia olunur.

Milli Məclisə seçkilərə gəlincə, bildirilir ki, istənilən halda seçkilərin vaxtının dəyişdirilməsi zəruridir. Çünki sonuncu dəfə Milli Məclisə 2020-ci ilin fevralında keçirilib. Nəzərə alsaq ki, parlament seçkiləri 5 ildən bir keçirilir, o zaman növbəti seçkilərin vaxtı 2025-ci ilə düşür. Həmin il Azərbaycanda həm də prezident seçkiləridir. Sonuncu prezident 2018-ci ildə keçirilib. Konstitusiyada aparılan dəyişikliklərdən sonra prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.

İki ciddi siyasi prosesin eyni ildə həyata keçirilməsi o qədər də asan məsələ deyil və hətta mümkünsüzdür. Ona görə də siyasi ekspertlər hesab edir ki, istənilən halda parlament seçkilərinin vaxtı dəyişdiriləcək.

"Bu seçkilərin ertələnməsi deyil, vaxtın irəli çəkilməsi ola bilər”, deyə ekspertlər bildirir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30