Azərbaycanda “zəlzələyədavamlı” adı ilə mənzil bazarında qiymətlər süni şəkildə artırılır - VİDEO
Son günlər elan saytlarında satışa çıxarılan bəzi fərdi evlərin zəlzələyədavamlı olması ilə bağlı xüsusi qeydlər yer alır.
Xezerxeber.az-ın məlumatına görə, elanların birində “6 sotda zəlzələyədavamlı 8 otaqlı ev satılır” yazılır.
Başqa bir elanda isə 9-cu mikrorayonda yerləşən evin zəlzələyədavamlı olması vurğulanır.
Rieltorlar da son günlər bu tipli elanların çoxaldığını təsdiqləyirlər. Onların sözlərinə görə, məqsəd hazırkı vəziyyətdə insanların psixoloji durumundan istifadə edərək evin daha tez satılmasına nail olmaqdır.
Elanların birində göstərilən nömrə ilə əlaqə saxlayıb, zəlzələyədavamlı olmasının necə müəyyən edildiyini soruşuruq. Vasitəçi olduğunu bildirən şəxs suala konkret cavab verə bilmədi.
Məsələni şərh edən əmlak eksperti Ramil Osmanlı bildirib ki, bina evlərinin zəlzələyədavamlılığı ilə bağlı müvafiq qurumlar tərəfindən rəy verilir. Amma bunu fərdi evlərə şamil etmək olmaz.
Ekspert vurğulayıb ki, bu tipli elanlar psixoloji olaraq mənzil və torpaq bazarında süni qiymət artımına gətirib çıxara bilər.
Ətraflı süjetdə: