bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ucarda evə basqın edən əmi və qardaşı oğlu saxlanılıblar

18-02-2023, 10:29 0 dəfə baxılıb


Ucar Rayon Polis Şöbəsinə rayonun Çiyni kəndi ərazisində yerləşən evlərin birinə iki nəfərin basqın etməsi, ev sahibinin əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan 7000 manat pulu aparması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli həmin kənd sakini Müşfiq Kərimov və onun qardaşı oğlu, Bakı şəhər sakini Cavanşir Kərimov saxlanılıblar.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, hadisə zamanı zərərçəkənin onları tanımaması üçün qara maska geyindiklərini, daha sonra onun əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan pulları apardıqlarını bildiriblər.

Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031