bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

NATO ölkələrində KRİTİK DURUM: vəziyyət dəyişdi, 1980-ci illərdən bəri...

18-02-2023, 10:35 0 dəfə baxılıb





Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından bir il sonra dünyada yeni silahlanma yarışı başlayıb.

Publika.az "Bloomberg"ə istinadla xəbər verir ki, bir çox ölkələrin hakimiyyət orqanları hərbi doktrinalarına yenidən baxmağa, həmçinin silah ehtiyatlarına daha çox diqqət yetirməyə başlayıblar .

Nəşrin məlumatına görə, Avropa dövlətləri ilə yanaşı, ABŞ, Çin, Tayvan və Hindistan kimi ölkələr də hərbi strategiyalarına yenidən baxmaq qərarına gəliblər. Eyni zamanda, Ukraynanın bir sıra qonşu ölkələri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb, hərbi sənayenin istehsal imkanlarını genişləndirib, həmçinin tankların, artilleriya, hava hücumundan müdafiə sistemlərinin və digər hərbi texnikanın sayını artırıb.

Qeyd edilir ki, NATO ölkələrinin müdafiə xərcləri 1980-ci illərdən 2022-ci ilə qədər davamlı şəkildə azalır, lakin xüsusi hərbi əməliyyatın başlamasından sonra vəziyyət dəyişib.

Agentlik qeyd edir ki, Şimali Atlantika Alyansına daxil olan dövlətlər hərbi münaqişənin coğrafiyası genişlənərsə, onların arsenallarında kifayət qədər silah olmayacaqdan ehtiyat edirlər.

Bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukrayna Silahlı Qüvvələrini (APU) sursata qənaət etmək üçün daha dəqiq atəş açmağa çağırıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930