bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rayonlarda ətin qiyməti artdı - VİDEO

20-02-2023, 10:16 3 dəfə baxılıb


Azərbaycanın bölgələrində ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata qalxıb.

Cəlilabaddakı satıcılar bildirirlər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1 - 2 manat artım olub.

Səbəb isə diri çəkidə aldıqları mal-qaranın baha olmasıdır.

Tovuzda isə yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəzyyəti təsərrüfat sahiblərinin diri heyvanı baha satması ilə əlaqələndirirlər.

Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Satıcılar ətin bahalaşmasını ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir.

Satıcıların sözlərinə görə, qiymət artımı satışa da ciddi təsir göstərib. Bildirilir ki, qiymət artımı tələbatın azalmasına səbəb olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031