bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xankəndidə son vəziyyət: bu gün Vardanyanla bağlı qərar veriləcək

23-02-2023, 10:19 0 dəfə baxılıb




Xankəndidəki separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Ruben Vardanyan bu gün “postundan” uzaqlaşdırıla bilər.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu gün separatçıların “başçısı” Araik Arutyunyanın müraciət edəcəyi və Rubeni “vəzifəsi”ndən uzaqlaşdıracağı gözlənilir.

“Birinci xəbər” saytı yazır ki, R.Vardanyan “istefa ərizəsi” yazmaqdan qəti şəkildə imtina edib: “Buna görə də Arutyunyan onu “vəzifəsindən” çıxarmaqla bağlı qərar verəcək. Güman ki, bu gün qərar televiziya (separatçıların kanalı-red) vasitəsilə elan olunacaq. Artıq məlumdur ki, Rubenin yerinə “baş prokuror” Qurgen Nersisyan hazırlanır”.

Sayt yazır ki, Ruben hələ də dirəniş göstərir və müəyyən dəstəyi də var.

“Vardanyanın bundan sonra Xankəndidə qalacağı, yoxsa İrəvana gələcəyi bəlli deyil. Lakin onun Rusiyaya qayıdacağı, yaxud başqa ölkəyə gedəcəyi istisna edilir”, - məlumatda bildirilir.

Qeyd edək ki, Ruben Vardanyanın Xankəndindən çıxarılması rəsmi Bakının əsas tələblərindəndir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930