bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mütəxəssislər qəhvənin yuxusuzluğa əsl təsirindən danışdı

24-02-2023, 09:15 0 dəfə baxılıb





Rospotrebnadzor mütəxəssisləri qəhvə və digər kofeinli məhsulların yuxusuzluğa real təsirindən danışıblar.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, açıqlamada qəhvənin çox sürətli həzm olunduğu bildirilib:

“İnsan orqanizmi kofeini sürətlə metabolizə edir. Eyni zamanda ondan tez bir zamanda qurtulur. Qəbul edilən kofeinin 50 faizini xaric etmək üçün 5-7 saat vaxt lazımdır. Təxminən 8-10 saatdan sonra qaraciyərin işi sayəsində maddənin 75 faizi bədəndən çıxarılacaq. Əksər insanlarda gün ərzində içilən bir və ya iki fincan qəhvə gecə yuxusuzluğa səbəb olmayacaq. Amma axşam kofein içmək həqiqətən sağlam yuxuya mane ola bilər.

Yatmazdan ən azı altı saat əvvəl kofeinli qida və içkilərdən istifadə etməyi tövsiyə edirik. Amma kofeinə qarşı həssaslıq maddələr mübadiləsinin sürətindən və insanın müntəzəm olaraq istehlak etdiyi miqdardan asılı olaraq dəyişə bilər", - ekspertlər qeyd ediblər.

Mütəxəssislərin fikrincə, kofeinə daha çox həssas olan insanlar nəinki yuxusuzluqla qarşılaşa bilər, həm də artan həyəcan, əsəbilik və mədə-bağırsaq pozğunluğu kimi mənfi təsirlərlə üzləşə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930