Bakı Laçın dəhlizinə bu cihazları quraşdırır - Ermənilərlə keçirilən son görüşdə...
Azərbaycanın, Laçın yolunda aksiyanın başa çatdırılması müqabilində irəli sürdüyü tələblər bir-bir yerinə yetirilir.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.
Nəşr mənbələrinə istinadən qeyd edir ki, Ruben Vardanyanın “uzaqlaşdırılmasından” sonra Laçın yoluna nəzarət tələbinin icrası ön plandadır.
“Bakının irəli sürdüyü tələblər bunlardır: Vardanyan getməlidir, Laçın yoluna nəzarətdə iştirak etməlidir, bu məqsədlə “X-ray” skaner cihazlarının quraşdırlması gündəmdədir, mədənlərdə monitorinq aparmalıdır və Qarabağdakı ağır hərbi texnika çıxarılmalıdır. Mənbələrimiz bildirir ki, Laçın yolunda rengten aparatı məsələsinin qurulması Azərbaycan üçün önəmlidir və hazırda bunun üzərində işləyirlər. Qarabağda erməni əhalisinin nümayəndələri ilə keçirilən son görüşdə bu məsələ müzakirə olunub və növbəti addım olaraq, cihazların quraşdırılması tələb edilib”, - nəşrin mənbələri bildirib.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərində də bu məsələ müzakirə olunub. Lavrov bildirib ki, “dəhlizin faktiki olaraq təyinatı üzrə istifadə edilməsinə dair şübhələri texniki vasitələrlə aradan qaldırmaq mümkündür”. Ehtimallara görə, texniki vasitələr dedikdə Laçın yoluna “X-ray” skaner cihazlarının quraşdırılması nəzərdə tutulur. Lakin yoxlamaların Azərbaycanın nümayəndələrinin əyani şəkildə iştirakı, yoxsa onlyan qaydada olacağı hələ də açıq olaraq qalır