Türkiyədə zəlzələdə həlak olanların sayı 46 minə yaxınlaşıb
Türkiyədə zəlzələdə həlak olanların sayı 45 min 968-ə çatıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
“Bu günə qədər dağıntılarda, xəstəxanalarda ölən zəlzələdən zərərçəkmişlərin, vətəndaşlarımızın sayı 45 min 968-dir. Bunların içində 4 min 267 suriyalı qardaşımız var”, - o vurğulayıb.