Moskva sakini mənzilini yandıraraq yeddinci mərtəbədən atıldı və sağ qaldı
Moskvada bir kişi mənzilini yandıraraq özünü yeddinci mərtəbənin pəncərəsindən atıb.
Məlumata görə, həmin şəxs Moskvanın Kronstadtski bulvarında yerləşən yaşayış binasının mənzillərdən birində yaşayır.
İlkin məlumata görə, 2023-cü il martın 12-də moskvalı yaşadığı evini yandırıb. Daha sonra o, yeddinci mərtəbənin pəncərəsindən atılıb.
İntihara cəhd etdiyi güman edilən şəxsin sağ qaldığı bildirilib. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib, həkimlər zərərçəkmişi müayinə ediblər.
Təcili yardım əməkdaşları mənzilin qapısını açıb yanğını söndürə biliblər. Yanğının sahəsi cəmi beş kvadratmetr olub və yalnız kişinin şəxsi əşyaları yanıb.