Daşkəsəndə 55 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
Daşkəsən rayonun Zağalı kəndində yerli sakin dəm qazından boğularaq ölüb.
“Report”un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1968-ci il təvəllüdlü Q.Həsənova yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.