Daha bir partiya sədri Türkiyə prezidentliyinə namizəd oldu
Türkiyədə qarşıdangələn prezident seçkilərində daha bir namizəd açıqlanıb.
Belə ki, Məmləkət Partiyasının lideri Məhərrəm İncə prezidentliyə namizədliyini bəyan edib.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək.
Xatırladaq ki, bir müddət öncə 6 siyasi partiyanı özündə birləşdirən Millət İttifaqı Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun seçkilərdə vahid namizədliyini irəli sürmüşdü.