Qərbi Azərbaycan xronikası: Ermənilər azərbaycanlıların pulu ilə silahlanırdı - VİDEO
Baku TV-də yayımlanan “Qərbi Azərbaycan xronikası” verilişinin növbəti buraxılışı efirə gedib.
Budəfəki buraxılışda Qərbi Azərbaycan həqiqətlərindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekan vəzifəsini icra edən professor Mahirə Hüseynova danışıb.
O qeyd edib ki, Qərbi Azərbaycandakı bütün kənd, yaylaq, çay, bulaq adları məhz Türk-Oğuz mənşəlidir.
“Mənim dissertasiyamda adları çəkilən Nəbi Qəndbölən, Leyliqaçan, Qazangölü, Qovuşuq, Güldüzü, Qabaqlı, Ayısəsi, Ələyəz, Dərələyəz erməniyə məxsusdurmu?! Biz bu həqiqətləri dünyaya çatdırmalıyıq”, - deyə o qeyd edib.
Professor soydaşlarımızın başına gətirilən müsibətlərdən də bəhs edib:
“Anam danışırdı ki, Qovuşuq kəndindən bir qədər aralıda Hors kəndi var idi. Həmin kəndin camaatını anbar kimi bir yerə yığıb deyirlər ki, hökumət sizinlə söhbət edəcək. Əhali soruşur ki, bəs uşaqlar niyə gəlsin? Onlar da deyirlər ki, hökumət hamınıza filan məlumatları verəcək. Kənd əhalisi də həmin yerə yığılır. Qapını arxadan bağlayıb, bacadan nefti tökərək camaatı yandırırlar”.
Daha ətraflı süjetdə: