bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

FHN: İsmayıllıda zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıb

24-03-2023, 14:33 2 dəfə baxılıb




Fövqəladə Hallar Nazirliyi İsmayıllı rayonu ərazisində qeydə alınan zəlzələ barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 24.03.2023-cü il tarixində saat 11:09-da İsmayıllı seysmik stansiyasından 6 km şimalda İsmayıllı rayonu ərazisində, 9 km dərinlikdə 4,2 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ epsentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031