bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

DİN-dən Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

27-03-2023, 14:42 1 dəfə baxılıb




Daxili İşlər Nazirliyi (DİN) Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib.

DİN-in Mətbuat Xidmətindən verilən xəbərdarlıqda deyilir:

“Ramazan birlik, bərabərlik, xeyirxahlıq və şəfqət ayıdır. Çox təəssüf ki, sosial şəbəkələrdə özlərini köməyə ehtiyacı olan və ya xəstə kimi təqdim edib bu müqəddəs günlərdə insanların xeyirxahlığından, yardımsevərliyindən yararlanmaq istəyən dələduzlara rast gəlinir. Onlar bu məqsədlə saxta profillər yaradaraq öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər.

Vətəndaşlarımızdan yalnız tanıdıqları və həqiqətən də ehtiyacı olan şəxslərə yardım etmələrini, saxta profillər işlədənlərə inanmamağı tövsiyə edirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930