bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Günəşdə nəhəng “dəlik” peyda olub

29-03-2023, 10:12 0 dəfə baxılıb


Günəşin səthində 31 mart tarixinə qədər Günəş küləyini Yerə doğru istiqamətləndirə biləcək nəhəng “dəlik” peyda olub.

Bu, son vaxtlarda peyda olan ikinci “dəlik”dir. Bu yaxınlarda Günəşdə Yerdən 30 dəfə böyük olan tac “dəliyi” aşkar edilmişdi.

Koronar “dəlik”lər kosmosa Günəş küləyi buraxır ki, bu da peyklərə zərər verə və Yerdə qütb parıltılarına səbəb ola bilər.

Alimlərin fikrincə, yeni “dəlik” Günəşin ekvatoruna yaxın ərazidə yerləşir.

Günəş təxminən hər 11 ildən bir baş verən pik aktivliyinə yaxınlaşdıqca, bu “dəlik”lərin Günəş ekvatoru yaxınlığında görünmə ehtimalı artır.

Alimlərin fikrincə, tac “dəlik”ləri saniyədə 800 kilometrdən də sürətli Günəş küləklərinə səbəb ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930