bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Hibrid Günəş tutulması baş verəcək - Tarix AÇIQLANDI

10-04-2023, 09:52 1 dəfə baxılıb




2023-cü ilin ilk Günəş tutulması aprelin 20-də qeydə alınacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Publika.az-a verilən məlumatına görə, bu tutulma hibrid Günəş tutulması olacaq. Hibrid Günəş tutulması zamanı Yerin əyriliyi səbəbindən müşahidəçinin mərkəzi tutulma trayektoriyası boyunca yerindən asılı olaraq halqavari və ya tam Günəş tutulması müşahidə olunur.

Əksər hallarda hibrid tutulmalar halqavari kimi başlayır, sonra tam tutulmaya keçir, daha sonra yenidən halqavari vəziyyətə qayıdır.
Tutulma hadisəsi aprelin 20-də Bakı vaxtı ilə saat 05:34:22-də başlayacaq və 10:59:18-də sona çatacaq.

Tutulma hadisəsi 5 saat 25 dəqiqə davam edəcək. Tutulmanın maksimumu 08:16:49-da olacaq. Tam tutulma hadisəsi isə 06:36:56-da başlayacaq və saat 09:56:36-da qurtaracaq. Tam tutulma prosesi 3 saat 19 dəqiqə 40 saniyə davam edəcək. Tutulma hadisəsi Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı, Antarktidada müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq.

2023-cü ilin 2-ci Günəş tutulması isə oktyabrın 14-də baş verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031