İsmayıllıda ata-oğulla həmkəndlisi arasında dava düşdü: Xəsarət alanlar var
İsmayıllı rayonunda ata-oğulla həmkəndlisi arasında dava olub, xəsarət alanlar var.
“Report”un məlumatına görə, hadisə Uştal kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1972-ci il təvəllüdlü Etibar Qurbanov və oğlu, 1994-cü il təvəllüdlü Hicran Qurbanovla həmkəndliləri - 1986-cı il təvəllüdlü Raqib Qasımov arasında torpaq üstündə mübahisə yaranıb. Daha sonra onlar dava edib və bir-birilərinə xəsarət yetiriblər.
Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.