bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İranın azərbaycanlı vitse-spikerindən Bakıya hədə...

15-04-2023, 09:35 0 dəfə baxılıb





İran tarix boyu qonşularına hörmət göstərən böyük ölkədir. İranın şimal-şərq qonşuları, xüsusilə Azərbaycanla çox oxşar cəhətləri var. Biz hər zaman Azərbaycana hörmət etmişik.

Publika.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran parlamentinin sədr müavini Əli Nikzad İran-Azərbaycan münasibətləri haqda ölkə televiziyasına müsahibəsində deyib.

“Azərbaycan bilməlidir ki, İslam İnqilabından sonra İranın qonşularından biri (İraq nəzərdə tutulur – red.) bir dəfə səhv etdi və müxalitəlif ölkələrin böyük dəstəyinə baxmayaraq, 8 il İrana müqavimət göstərə bilmədi. Buna görə də Azərbaycanın dövlət xadimlərinə məsləhət görürük ki, mehriban qonşuluq prinsipinə hörmətlə yanaşsınlar”, - o bildirib.

Nikzad Tehranda Azərbaycan səfirliyinə hücuma da toxunub və bir daha İranın ilk gündən irəli sürdüyü absurd iddianı təkrarlayıb. Bildirib ki, bu, “şəxsi motivlidir”:

“Əgər məlumatsız adam səhv edibsə (Nikzad avtomatla səfirliyə hücum edib, polisin müşahidəsi və heç bir müdaxilə etməməsi altında səfirliyin bir əməkdaşını qətlə yetirən, iki nəfəri güllələyən şəxs haqda danışır və onun “səhv etdiyini” deyir – red.), səfirlik bağlanmalı, diplomatlar çıxarılmalı və ayrı şeylərdən danışılmalıdır? Bu hadisədən sonra prezidentimiz Azərbaycan prezidenti ilə əlaqə saxladı, parlamentin sədri də mesaj göndərdi və təəssüfləndiyini bildirdi, mən özüm Tehrandakı Bakı səfirliyinin ikinci adamı ilə danışdım. İran indiyə qədər özünü ləyaqətlə aparıb, ona görə də mən Azərbaycan hökumətinə və parlamentinə tövsiyə edirəm ki, tarix haqqında düşünüb düzgün davransınlar. Son günlər Azərbaycan 4 İran diplomatını qovub, əlbəttə, bizim XİN cavab tədbirləri görəcək, ancaq belə davranışın sonu yaxşı bitmir”.

Nikzad vurğulayıb ki, İran Azərbaycan xalqına xüsusi hörmətlə yanaşır:

“Ona görə də iranlı müsəlman, parlament deputatı və azərbaycanlı olaraq deyirəm ki, İran və Azərbaycan xalqlarının oxşar cəhətləri çoxdur, ancaq Azərbaycan avantüralardan uzaq durmalıdır. İran indiyə qədər təmkinli davranıb, ancaq təmkinin də bir həddi var. Bizim heç bir ziddiyyətimiz yoxdur – iki ölkənin sərhədləri, hakimiyyəti, baxışları aydındır, hər iki ölkə müstəqildir, ancaq azərbaycanlılar tarixi unutmamalıdırlar. Əgər sionist qruplaşma Azərbaycanda yerləşsə, onlar heç nə edə bilməyəcəklər. Bizim ürəyimiz Azərbaycan xalqına görə ağrıyır. Biz münasibətlərimizi ləyaqət və dostluq, sülh şəraitində inkişaf etdirməliyik, lakin İranın səbrinin də həddi var”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930