bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO

17-04-2023, 10:34 1 dəfə baxılıb


Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bölmələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilib.

Bu barədə nazirlikdən bildirilib.

Qeyd edilib ki, plana uyğun olaraq snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflər aşkar olunaraq sərrast atəşlə məhv edilib. Həmçinin komandolar maneələr zolağının keçilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.

Taktiki-xüsusi təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Komandoların döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər planlı şəkildə davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031