bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Əri ilə dalaşan 32 yaşlı qadın məktub yazaraq itkin düşüb

19-04-2023, 14:53 1 dəfə baxılıb


Bakıda 32 yaşlı qadın itkin düşüb.

APA xəbər verir ki, Nizami rayonu, “NZS” qəsəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Xəyalə Şamilova yaşadıqları evdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb.

Araşdırmalarla məlum olub ki, qadının həyat yoldaşı ilə aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Bundan sonra qadın kağız parçasına özünü Hövsan qəsəbəsində dənizə atıb intihar edəcəyini yazaraq evi tərk edib və bir daha geri qayıtmayıb.

Hazırda Xəyalə Şamilovanın olduğu yerin müəyyən edilməsi istiqamətində Nizami RPİ-nin 23-cü PB-də axtarış tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031