bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiya XİN Finlandiyaya xəbərdarlıq etdi

26-04-2023, 12:23 0 dəfə baxılıb


Rusiya Xarici İşlər Nazirliyi Finlandiyaya xəbərdarlıq edib.

Nazirlik ölkədəki Rusiya daşınmaz əmlakına qoyulan qadağaya cavab olaraq müəyyən tədbirlərin görülə biləcəyi ilə hədələyib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, aprelin ortalarında Finlandiyanın məhkəmə icraçıları xidməti Rusiya Elm və Mədəniyyət Mərkəzinin idarəçiliyində olan torpaq sahəsi üzərindəki xidməti binaya, habelə Helsinkidə bir neçə mənzilə müvəqqəti həbs qoyub. Bununla bağlı verilən açıqlamada bildirilib ki, müvafiq qərar həmin obyektlərin sanksiyalar çərçivəsində həbs edilməsi zəruri olan aktivlər siyahısında olub-olmamasının öyrənilməsi məqsədilə verilib.

Rusiya səfirliyi Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərdikdən sonra torpaq sahəsinə və onun üzərində yerləşən binaya qoyulan qadağa aradan qaldırılıb. Lakin Rusiya tərəfinə mənzillərlə bağlı hər hansı izahat verilməyib. “Mövcud vəziyyətin yoluna qoyulması ilə bağlı təklifdən imtina edilərsə, Rusiya tərəfi cavab tədbirləri görməyə məcbur olacaq”, - deyə Rusiya XİN xəbərdarlıq edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930