bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Taksi xidmətinin bahalaşmasının səbəbi nədir? - VİDEO

28-04-2023, 10:29 0 dəfə baxılıb


Son günlər taksi xidmətinin qiymətləri artıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu həm sürücülər, həm də sərnişinlər təsdiq ediblər.

Qiymət artımına səbəb kimi isə “Formula-1” yarışlarının keçirildiyi mərkəzi yolların bağlı olması göstərilir.

Vətandaşlar bildiriblər ki, qiymət artımı hər taksi şirkətlərində fərqlidir. Ümumi artım 40 faizə qədərdir.

Taksi sürücüləri isə qiymət artımının başqa səbəblərinin də olduğunu bildirirlər.

Hətta qiymət bahalığına görə bəzi sürücülər həmin istiqamətə müştəri olanda imtina etdiklərini də deyirlər.

Taksi qiymətlərinin necə tənzimlənməsi ilə bağlı Rəqəmsal İnkişaf və Rabitə Nazirliyindən bildirilib ki, taksi minik avtomobilləri ilə daşımalarda tariflər dövlət tərəfindən tənzimlənmir:

“Daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır. Taksi xidməti sahəsində tənzimlənmənin təkmilləşdirilməsi üçün mərhələli şəkildə müvafiq işlərin görülməsi nəzərdə tutulur”.

Daha ətraflı süjetdə:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930